30 nömrəli tam orta məktəbdə “Lütfi Zadə”haqqında online tədbir təşkil edilib. Tədbirdə informatika müəllimi Hümmətova Nəcim və VIII sinif şagirdləri də fəal iştirak ediblər.
Aşağıdakı məsələlər tədbirdə müzakirə olunub:
1.Lütfi Zadənin həyatı
2.Lütfizadənin yaradıcılığı
3.Lütfi Zadənin nəzəriyyələri
VIII sinif şagirdləri Ləman İbrahimova,Fidan Rüstəmova,Kənan Xancanov Lütfi Zadənin həyatı barədə çıxışlar ediblər. Yaradıcılığı barədə isə Duyğu Məmmədova,Hüseyn və Məhəmməd Həsənov,Əli Bayramov danışdılar.Yekunda məktəbin direktoru Aysel Sadıqova Lütfi Zadənin nəzəriyyələri haqqında şagirdlərə qısa məlumat verib. Sonra VIII sinif şagirdi Murad çıxış edərək Lütfi Zadənin nəzəriyyələrini sadalayıb.Daha sonra Lütfi Zadəyə dünya şöhrəti qazandırmış qeyri –səlis məntiq nəzəriyyəsi haqqında videoçarx nümayiş etdirilib.
Rayonumuzun 30 nömrəli tam orta məktəbində “Lütfi Zadə” mövzusunda online tədbir təşkil edilib