22.02.2021

45 N-li tam orta məktəbdə Qarabağ Qaziləri ilə görüş keçirilib

      45 № li tam orta məktəbdə 44 günlük vətən müharibəsinin Qaziləribaş leytenant Həsənov Fərman Rafiq oğlu, leytenant Həsənov Fərzalı Şaiq oğlu və məktəbin məzunu Quluzadə Tural Yaqub oğlu ilə görüş keçirilib.  Öncə vətən müharibəsinin şəhidlərinin xatirəsinə həsr olunmuş stendin qarşısında bütün şəhidlərimiz 1 dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.  Şagirdlərin  vətənpərvərlik mövzusunda çıxışları tədbirə xüsusi maraq qatıb.Daha sonar Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasəti və qətiyyəti ilə düşmən üzərində qələbə qazanan rəşadətli Azərbaycan ordusunun igid hərbi qulluqçuları keçdikləri şərəfli döyüş yolundan danışaraq öz təsüratlarını bölüşüblər. Onlar qeyd ediblər ki,  Azərbaycanın güclü  ordusunun zəfər yürüşü, düşmənin sonadək bütün torpaqlarımızdan qovulması, Qarabağın, xüsusən də xalqımızın ləyaqət və qürur simvolu Şuşanın işğaldan tam azad edilməsi, Dağlıq Qarabağ münaqişəsinin uğurla və ədalətlə həll edilməsi, savaş meydanında əldə etdiyimiz tarixi qələbənin ardınca Azərbaycanı daha böyük gələcək və daha firəvan həyat gözləyir.


Açar sözlər: ,  ,  ,