22.02.2021

Yuxarı sinif şagirdləri arasında peşəyönümü ilə bağlı dərs keçirilib

     Rayonumuzun 59 nömrəli tam orta məktəbində tədbirlər planının 5.3.10-cu bəndinə uyğun olaraq Texnalogiya müəllimi Sadatov Azadxan yuxarı sinif şagirdləri arasında peşəyönümü ilə bağlı dərs keçirib."Sənəti olmayan adam gövdəsi olub kölgəsi olmayan ağaca bənzər" başlığı ilə şagirdlərə bacarıq və vərdişlərə yiyələnərək seçdikləri sahədə fəaliyyət göstərmələri üçün məsləhətlər verib.Gələcək nəslin sənətə yiyələnməsi,hər hansı peşəni öyrənməsi haqqında maarifləndirici söhbət aparılıb,şagirdləri maraqlandıran suallar cavablandırılib.Dahilərin deyimlərindən misallar göstərilərək sənətə və peşəyə verilən dəyərin önəmindən danışılıb.

 


Açar sözlər: ,  ,