22.12.2020

Şəhidlər unudulmur

      44 günlük Vətən savaşı bizə təkcə işğal olunmuş torpaqlarımızın azadlığını qaytarmadı, həm də bir xalq olaraq öz şərəfimizi geri qaytardıq deyə bilərik.  

Biz bu savaşda xalq olaraq Vətən yolunda özünü qurban verən Şəhidlərin mənəvi dəyərini qəlbimizdə müqəddəsləşdirdik, ellikcə Şəhid sevgisinə qovuşduq. Eyni zamanda  qorxmadan güllə önünə atılaraq qazi olan neçə-neçə məğrur, igid, qəhrəman  oğullarımızı tanıdıq.

27 sentyabr 2020-ci il tarixdə başlayıb və 44 gün davam edən Vətən müharibəsinin şahidi olmuş Füzuli  rayonunun ümumtəhsil məktəblərinin pedoqoji heyyəti və şagirdləri   II Qarabağ müharibəsində iştirak edən, tarixə adını qızıl hərflərlə yazdıraraq qəhrəmancasına  şəhid olmuş vətənimizin qəhrəman oğullarının məzarlarını ziyarət ediblər.

Şəhidlər ölməz,vətən bölünməz!

 


Açar sözlər: ,