03.12.2020

3 N-li tam orta məktəbdə Təhsil Nazirliyinin F-512 nömrəli əmrinə əsasən virtual vidio-dərs keçirilib  

     Füzüli rayonu 3 nömrəli tam orta məktəbdə Təhsil Nazirliyinin F-512 nömrəli əmri ilə təsdiqlənmiş fəaliyyət planına əsasən hazırlanmış "Tarix Yazan Sərkərdə", "Qarabağın tarixi, mədəni irsi,coğrafiyası", "Qələbə , zəfər tariximiz" mövzusunda virtual video-dərs keçirilib.Dərs məktəbin direktoru Ruhiyyə İmanova tərəfindən təşkil edilmişdir.Dərsdə Füzuli Rayon Təhsil Şöbəsinin müdiri Ramella Məmmədova, RTŞ -nin metodistləri,şəhid ailələri,məktəbin müəllimləri və şagirdlər iştirak ediblər.Məktəbin tarix müəllimi Teymurova Afət "Tarix Yazan Sərkərdə "mövzusunda təqdimatını nümayiş etdirəndən sonra məktəbin coğrafiya müəllimi Salmanova Fatimə,Kimya müəllimi Şivəxanov Əlikram və məktəbin şagirdləri Qarabağ mövzusunda öz təqdimatlarını nümayiş etdiriblər.Dərs zamanı şəhid ailəsinin çıxışı dinlənilib.Məktəbin şagirdləri Qarabağın musiqi beşiyi haqqında fikirlərini ifa etdikləri Qarabağ mahnısında (tarda xı sinif şagirdi Murad Babayev, dərsimizin qonağı olan 13 yaşlı muğam ifaçısı Kənan Bəşirli ) bildiriblər.Dərsdə RTŞ -nin müdiri Ramella Məmmədova Qələbə münasibətilə məktəb kollektivini təbrik etdikdən sonra,Ali Baş Komandanımız, Cənab Prezidentimiz İlham Əliyevin döyüş və siyasi meydanda əldə etdiyi qələbədən geniş məlumat verib.Dərsdə iştirak edən RTŞ nin metodisti Mais Məmmədov mövzu və keçirilən dərs barədə fikirlərini söyləyərək,rəy və təkliflərini verib.Dərsin sonunda məktəbin direktoru Ruhiyyə İmanova F-512 nömrəli əmrə əsasən Fəaliyyət planında nəzərdə tutulmuş ,məktəbin üzərinə düşən vəzifələrdən danışdıqdan sonra dərsi yekunlaşdırıb.


Açar sözlər: ,  ,  ,