22.09.2020

Rayonumuzun ümumtəhsil məktəblərində əyani dərslərdə monitorinqlər keçirilib

     2020-2021-ci tədris ilini RTŞ-nə tabe olan ümumtəhsil məktəblərinin I-IV sinifləri Təhsil Nazirliyinin Pandemiya şəraiti dövrünə aid olan göstəriş və əmrləri əsasında başlayıb. Məktəblərdə RTŞ-nin əməkdaşları vaxtaşırı monitorinqlər keçirir. Pandemiya şəraitinə uyğun olaraq həm əyani, həm də distant şəkildə dərs cədvəlləri tərtib olunub,cədvəllərə uyğun olaraq dərslər davam edir . Təhsil Nazirliyinin göstərişinə əsasən təlimata uyğun olaraq hər gün şagirdlərin və ümumtəhsil işçilərinin bədən hərarəti yoxlanılır Təhsil Nazirliyinə məlumat göndərilir.