16.09.2020

Azərbaycanda 15 sentyabr tarixi Bilik günu kimi qeyd olunur

     Azərbaycanda 15 sentyabr tarixi Bilik günu kimi qeyd olunur. Bilik günü 2004- cü ilə qədər sentyabrın 1- nə təsadüf edirdi. Lakin prezident İlham Əliyevin 21 avqust 2004- cu il tarixli fərmanına əsasən Azərbaycanın bütün təhsil müəssələrində dərslərin 15 sentyabrdan başlanması qərara alınıb və beləliklə həmin gündən “Bilik günü” kimi qeyd olunub. 

    2020-2021-ci tədris ilinin başlanğıcı Pandemiya dövrünə təsadüf etdiyi üçün ənənəvi tədris prosesi təlimata uyğun qaydada – bütün gigiyenik və epidemoloji qaydalara ,Təhsil Nazirliyi tərəfindən daxil olan təlimat və göstərişlərə əsasən Füzuli rayon Təhsil Şöbəsi yeni dərs ilinə başladı.  Bütün çətinliklərə baxmayaraq ümidvarıq ki, Füzuli rayon Təhsil Şöbəsi  məktəblərlə birgə əməyi nəticəsində keçən tədris ili kimi daha yüksək nəticələr əldə edəcək .

 


Açar sözlər: ,  ,  ,