Azərbaycan Respublikası Təhsil Nazirinin 19.02.2020-ci il tarixli, F-219 №-li əmrinə əsasən 2019-2020-ci tədris ilində ümumtəhsil məktəb şagirdləri arasında Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətilə “Ən yaxşı təqdimat” müsabiqəsi keçirilib.
Füzuli rayon 59№-li tam orta məktəbin XI sinif şagirdi Eyvazova Jalə Habil qızı müsabiqənin rayon turunun qalibi olub və “Ən yaxşı təqdimat”
müsabiqəsinin Respublika turunda iştirak etmək hüququ qazanıb. “Ən yaxşı təqdimat” müsabiqəsinin Respublika turunda Füzuli rayon 59№-li tam orta məktəbin XI sinif şagirdi Eyvazova Jalə Habil qızı Tərifnamə ilə təltif olunub.