Bu gün Füzuli RTŞ-i və rayonun ümumtəhsil məktəbləri müstəqil Azərba ycanın müstəqilliyinin 27-ci ildönümünü çox təntənə ilə bayram edir

         Hər bir xalqın,millətin xoşbəxt gələcəyi onun azadlığından, müstəqilliyindən asılıdır. Sovet imperiyası dağıldıqdan  sonra Azərbaycan xalqı  da azadlıq mübarizəsində 1920-ci ildə itirdiyimiz müstəqilliyi 18 oktyabr 1991-ci ildə bərpa etdi.

         Bu şanlı tarix,müstəqillik aktı Azərbaycan tarixində yeni bir eranın başlanması demək idi. Bu müstəqilliyin qorunub saxlanılması üçün xalqımız keşməkeşli , ağır sınaqlardan üzüağ çıxdı. Azərbaycanın müstəqilliyinin gündən-günə güclənməsi,siyasi-iqtisadi potensialının formalaşması,qüdrətlənməsi Ulu öndərin tarixi xidmətlərindəndir.

        Müstəqillik xalqımıza çox şey veribdir. Biz dünyanın sayılıb seçilən dövlətinə, Qafqazda liderə çevrilmişik. Artıq dünyanın aparıcı dövlətləri Azərbaycanla hesablaşır. İqtisadi qüdrətimiz,kosmik uğurlarımız, təkmil ordumuz,uzaqgörən Ali Baş Komandanımız var. Azərbaycan Respublikasının Prezidenti cənab İ.Əliyevin regionların sosial-iqtisadi inkişafına yüksək diqqət və qayğısı nəticəsində respublikamızın  hər bir guşəsində olduğu kimi Füzuli rayonunda da böyük tikinti quruculuq işləri həyata keçirilir.

      Bu gün Füzuli RTŞ-i və rayonun ümumtəhsil məktəbləri müstəqil Azərba ycanın müstəqilliyinin 27-ci ildönümünü çox təntənə ilə bayram edir.

       Bu müstəqillik əbədidir,yenilməzdir. Yaşasın azad,müstəqil Azərbaycan!


Açar sözlər: