Ramella Məmmədova

Müdir

 

Məmmədova Ramella Şahin qızı 15noyabr 1958-ci ildə Füzuli rayonunun Qoçəhmədli kəndində anadan olub.1965-ci ildə Qoçəhmədli kənd orta məktəbinin I sinfinə gedib,1975-ci ildə həmin məktəbi bitirib.1977-ci ildə H.Zərdabi adına Gəncə Dövlət Pedaqoji İnstitutunun Filologiya fakultəsinə qəbul olub.1982-ci ildə həmin institutu bitirib və 1983-cü ildən Füzuli rayon 4№-li orta məktəbdə müəllim vəzifəsində çalışıb.2000-ci il dekabrın 1-dən ATİAHİ-nin Füzuli rayon komitəsinin sədr vəzifəsinə təyin edilib.2008-ci ildə Respublikanın Əməkdar Müəllimi fəxri adına layiq görülüb.2016-cı il yanvarın 15-dən Füzuli rayon Təhsil Şöbəsinin müdiri vəzifəsində işləyir.Ailəlidir.3 övladı var.