06.05.2020

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təşəkkür məktubu

     Füzuli rayon Qayıdış qəsəbə 1№-li tam orta məktəbin IX sinif şagirdi İbrahimova İmmi Rafiq qızının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə ünvanlandırdığı təşəkkür məktubu.

Mən- İbrahimova İmmi Rafiq qızı Füzuli rayon Qayıdış qəsəbə 1 saylı tam orta məktəbin 9-cu sinif şagirdiyəm. Mən də bir şagird olaraq “Evdə qal” kompaniyasına qoşulub hər kəsi salamlıyıram.Ancaq evdə qalsam da, təhsilimdən geri qalmıram. Mədəniyyət kanalında verilən teledərsləri mütəmadi olaraq dinləyir və öz müəllimlərim ilə də dərslərimi onlayn şəkildə davam etdirirəm. Mənə bu imkanı yaratdıqları üçün başda  Cənab Prezidentimiz olmaqla, Təhsil Nazirliyinə öz təşəkkürümü bildirirəm.

Bu gün bəşəriyyəti cənginə alan Koronovirus (COVİD-19) pandemiyası ilə mübarizədə məhz cənab Prezidentimizin uzaqgörənliyi, təşəbbüsü və qabaqlayıcı tədbirləri nəticəsində ölkəmiz digər dünya ölkələri ilə müqayisədə bu gözəgörünməz düşmənə qalib gəlmək həddindədir.

Mənim gələcək arzum dövlətimə sadiq həkim olmaqdır. Cənab Prezidentimizin bu çətin vəziyyətdə həkimlərə göstərdiyi xüsusi qayğı məni həkim olmaq yolunda həddindən artıq həvəsləndirmiş və sevindirmişdir.

Mən bu gün fəxr edirəm ki, Azərbaycanımızın İlham Əliyev kimi prezidenti var.


Açar sözlər: ,