26.02.2020

Xocalı faciəsindən 28 il ötür

     Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur. Ulu öndər Heydər Əliyev tərəfindən "Bu amansız və qəddar soyqırım aktı insanlıq tarixinə ən qorxulu   kütləvi terror aktlarından biri kimi daxil oldu".Bütün beynəlxalq hüquq normalarına zidd olaraq Ermənistan dövləti Dağlıq Qarabağı özünə birləşdirmək istəyir, bu yolda bütün cinəyət və vəhşiliyə hazır olduqlarını nümayiş etdirirlər. XX əsrin faciəsi olan Xocalı soyqırımı bu aqressiv və cinayətkar erməni siyasətinin nəticəsidir. XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Xocalı soyqırımı əsrin Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi dəhşətli faciələri ilə bir sırada dayanır.

   Xocalı soyqırımı ilə əlaqədar olaraq rayonumuzun ümumtəhsil məktəblərində anım tədbirləri keçirilib.Anım tədbirlərində hər bir məktəbdə şagirdlər tərəfindən hazırlanmış kompazisiyalar nümayiş etdirilib, şeirlər söylənilib.Xocalı faciəsini törədən amansız terroristlərə lənətlər oxunub.

 


Açar sözlər: ,  ,