31.01.2020

Rayon Təhsil Şöbəsində 2 fevral “Gənclər günü” münasibəti ilə gənc müəllimlərlə görüş keçirilib

     Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bakı Dövlət Universitetinin 100 illik yubileyində proqram xarakterli  çıxışından,Təhsil Nazirliyinin F-717/1 nömrəli əmri əsasında hazırlanan Fəaliyyət planına uyğun olaraq 2 fevral “ Gənclər günü” ilə bağlı Füzuli Rayon Təhsil Şöbəsində gənc müəllimlərlə görüş keçirilib.

      Tədbirdən öncə  Ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub , xatirəsi etiramla yad edilib.Füzuli Rayon Təhsil Şöbəsinin müdiri Ramella Məmmədova və Füzuli Rayon İcra Hakimiyyətinin başçısının  Siyasi və Humanitar məsələlər üzrə müavini Gülbahar Eyvazova  gənc müəllimlərlə görüşüb,onların çıxışları dinlənilib, gənc müəllimlərin problemləri ilə yaxından tanış olublar. Gənc müəllimlər gənclərə və müəllimlərə göstərilən dövlət qayğısından və cənab İlham Əliyevin gənclərə göstərdiyi diqqətdən,onlar üçün yaradılmış şəraitə görə öz minnətdarlıqlarını bildiriblər.

 

 


Açar sözlər: ,  ,