17.01.2020

Rayonumuzun ümumtəhsil məktəblərində 20 yanvar faciəsinin 30-cu il dönümü anılıb

      Tarixin səhifələrinə amansız və qanlı terror aktlarından biri kimi düşən 1990-cı ilin 20 Yanvar faciəsindən 30 il ötür.Bununla bağlı olaraq respublikamızın hər yerində olduğu kimi rayonumuzun ümumtəhsil məktəblərində də tədbirlər planına əsasən silsilə tədbirlər keçirilir.Bu baxımdan Horadiz şəhər 2N-li,3N-li  Zobucuq qəsəbə 33N-li,Böyük Bəhmənli 2 N-li,Üçbulaq ,59 N-li  tam orta Və 37 N-li,Araz Dilağarda ümumi orta məktəblərin iştirakı ilə 59 N-li tam orta məktəbin akt zalında  keçirilib.Tədbirdə  rayon İcra hakimiyyətinin və Təhsil Şöbəsinin nümayəndələri də iştirak edib.Yuxarıda adları qeyd olunan məktəblərin şagirdləri 20 Yanvar hadisələrinə həsr olunmuş çıxışları ilə şəhidləri anıblar,müstəqilliyə gedən yolda onların əvəzsiz rolundan danışıblar.

       Xalqımızın yaddaşına əbədi həkk olunmuş bu qanlı və şanlı hadisə 30 il deyil,əsrlər keçsə də,unudulmayacaq,canlarını azadlıq yolunda qurban vermiş vətənin qəhrəman övladları daim iftixar hissi ilə anılacaq.


Açar sözlər: ,  ,