13.01.2020

Azərbaycanı dünyada layiqincə təmsil edən idmançımızla görüş

     Füzuli rayonu Üçbulaq kənd tam orta məktəbində Təhsil Nazirinin 717 saylı əmrinin 2.3-cü bəndini əsas tutaraq  2018-ci ilin Avropa çempionu, 2019-cu ilin dekabr ayında Ukraynada beynəlxalq karate yarışının finalında erməni idmançını məğlub edən Füzuli rayonu Mahmudlu 2 kənd sakini Yavər İmanovla görüş keçirilib.

    Tədbir iştirak edən Y. İmanov qazandığı nailiyyətin bütün xalqımızın uğuru olduğunu qeyd edib. O bildirib ki, karyerasında qazandığı ən gözəl qələbə erməni idmançıya qalib gəldiyi döyüş olub. Tədbirdə çıxış edən məktəbin direktoru Nailə Hümbətova və direktor müavini Əlihüseyn Yaqubov belə görüşlərin şagirdlərin vətənpərvərlik ruhunda əhəmiyyətli olduğunu vurğulayıblar. Tədbirin sonunda məktəb kollektivi Yavər İmanovla xatirə şəkli çəktiriblər.


Açar sözlər: ,  ,