08.01.2020

Balaca çempion

     Füzuli rayon Ə. Səlimov adina Kərimbəyli kənd tam orta məktəbinin V a sinifində təhsil alan 10 yaşlı şagirdimiz Vəliyev Elçin Rəftar oğlu idman sahəsində yeni uğuru ilə bizləri bir daha sevindirdi. Belə ki ,bu balaca qəhrəman "5" ildən artıqdır ki, "Yunan-Roma güləşi" ilə məşqul olur.​ Elçin azyaşlılar və yeniyetmələr arasında keçirilən Respublika turnirində 2 dəfə zona yarışlarında isə yaşıdları arasında​ 5 dəfə birinciliyə layiq görülüb. Sonuncu birinciliyi ilə isə bizə yenidən qürur hissi yaratdı belə ki, 15 Dekabr 2019 tarixdə Ulu Öndər Heydər Əliyevin anım gününə həsr olunmuş Respublika turnirində yenidən yaşıdları arasında birincilik qazanıb.Onu da əlavə edək ki Elçin təkcə idman sahəsində uğur qazanmır,o öz məktəbinin həm də əlaçı şagirdidir... Biz də öz növbəmizdə Elçinin uğurlarının davamlı olmasını diləyirik ...!


Açar sözlər: ,