20.12.2019

Rayonumuzun 33 N-li tam orta məktəbində İsmayıl Şıxlının anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib

      Rayonumuzun 33N-li tam orta məktəbinin kitabxanasında I.Şıxlının anadan olmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə iştirak edən şagirdlər İ.Şıxlının ədəbi irsi ilə tanış olublar.

     Tədbirdə məktəbin kitabxanaçısı K.Ibrahimova tədbir iştirakçılarını salamlayıb. Sonra  məktəbin Azərbaycan dili ədəbiyyat müəllimi T.Qurbanov şagirdlərə bu görkəmli ədib haqqında ətraflı məlumat verib. Sonra şagirdlər yazıçının yazdığı əsərlərlə tanış olublar.

      XI sinif şagirdləri ilə "Dəli Kür" romanı təhlil olunub.

 


Açar sözlər: ,  ,