21.11.2019

 Rayon ümumtəhsil məktəblərinin müəllimləri yeni təlimdə

      2018-2019-cu tədris ili üçün Azərbaycan Respublikasının Təhsil Nazirliyi dövlət ümumtəhsil müəssisələri və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün ümumtəhsil müəssisələrində çalışan pedaqoji işçiləri üçün “Təhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsi”ni elan etmişdir.   Bu müsabiqənin  ümumi təhsil müəsisəsi kateqoriyasında qaliblərindən biri də Füzuli rayon 7№- li tam orta məktəbin “ Təlim prosesinin metodoloji mərhələlərinin dərslərə tətbiqi ( 7E) “ layihəsidir.  Layihə rəhbəri Gülşən Novruzova Füzuli rayon müəllimləri üçün  Horadiz şəhərində təşkil etdiyi seminarda  ilk öncə müəllimlərə layihənin məqsədi, layihə çərçivəsində görüləcək işlər barədə məlumat verib. Sonra  müdavimlərə  təlim prosesi zamanı metodoloji mərhələlərdə tətbiq edilə bilən 7E modeli, yeni təlim texnologiyaları, AR tətbiqləri və s. haqqında təlim təşkil edib.Təlim üç gün davam edib.


Açar sözlər: ,