08.11.2019

9 noyabr ,,Bayraq günü”ümumtəhsil məktəblərimizdə qeyd edilib  

    9 nyabr rayonumuzun ümumtəhsil məktəblərində ,,Bayraq günü” nə həsr edilmiş təntənəli tədbirlər keçirilib.Tədbirlərdə müharibə və əmək veteranları,valideyinlər də iştirak edib. Məhz Ümummilli liderimiz Heydər Əliyevin səyləri nəticəsində üç rəngli, ay ulduzlu bayrağımız ikinci dəfə 1990-cı il noyabr ayının 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarı ilə bərpa edilərək Muxtar Respublikanın dövlət bayrağı kimi qəbul edilib.Daha sonra isə Azərbaycan Respublikası Ali Soveti  5 fevral 1991-ci ildə üçrəngli bayrağın Azərbaycanın dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar verib.Bayrağımız milli ləyaqət simvolumuzdur. Onu başımız üzərində uca tutmaq, vüqarla dalğalandırmaq hər bir azərbaycanlının şərəf borcudur!

             


Açar sözlər: ,  ,  ,