07.11.2019

Horadiz şəhərində kimya gecəsi keçirilib

     Füzuli rayonu Böyük Bəhmənli kənd 2 saylı orta məktəbin kimya müəllimi Qənimətli Solmaz Rasim qızının təşkikatçılığı və Rayon İcra hakimiyyətının, Təhsil şöbəsinin dəstəyi ilə, Dimitri İvanoviç Mendeleyevin kimyəvi elementlərin dövri sisteminin kəşfinin (1869-2019) 150 illiyi ümumrayon səviyyəli qeyd edilib. Tədbirdə, İcra başçısının Humanitar Şöbələr üzrə  müavini, Gülbahar xanım Eyvazova,Təhsil şöbəsinin müdiri Ramella xanım Məmmədova, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Kimya müəllimi Simuzer xanım Qəhramanova, Laçın rayonunun Taxtakörpu qəsəbəsinin ingilis dili müəllimi Şəbnəm xanım Uğurlu, Böyük Bəhmənli kənd 2 saylı tam orta məktəbin direktoru Həsən Rzayev, Füzuli rayon səhiyyəsinin baş həkimi Natiq Şükürovun sözçüsü Şaiq Şükürov, təqaüddə olan Kimya müəllimi Qoçaq Səfiyarov öz ürək sözlərini və gənclərə, şagirdlərə uğurlarını dilə gətiriblər. Tədbir şagirdlərin serbest kompozisiya, təcrübə ,Vətənpərvər göstərişləri ilə izləyənlərə xoş anlar bəxş etmişdir. Sonda təşkilatçı müəllim ,Solmaz Qənimətli hər kəsə təşəkkürünü çatdıraraq, bütün müəllimləri birliyə, həmrəyliyə səsləyərək bu tip tədbirlərin tez-tez keçirilməsinin zəruriliyini vurğulayaraq, növbəti tədbirlərin işğal altında olan torpaqlarımızda keçirilməsini arzulayıb.


Açar sözlər: ,  ,  ,  ,