04.10.2019

 5 Oktyabr Müəllimlər günü münasibəti ilə Rayon rəhbərliyi müəllimləri təbrik edib

    5 oktyabr 1966-cı ildə YUNESKO və Beynəlxalq Əmək Təşkilatının birgə təşkilatçılığı ilə çağırılan konfransda müəllimlərin peşə fəaliyyətinin şərtlərini təyin edən "Müəllimlərin statusu haqqında" adlı ilk beynəlxalq sənəd imzalanıb. 1994-cü ildən isə həmin tarix YUNESKO tərəfindən Ümumdünya Müəllimlər Günü kimi təsis edilib. Bu tarix həmçinin BMT-nin də beynəlxalq və ümumdünya günlər sisteminə daxildir. Bu günün qeyd olunması müəllimlərin cəmiyyətdəki mövqeyi, təhsil və inkişafdakı roluna diqqət çəkməyi nəzərdə tutur.Bu baxımdan rayonumuzda müəllimlər günü münasibəti ilə yüksək səviyyədə tədbir keçirilib.Tədbir öz rəngarəngliyi ilə müəllimlərə sevinc bəxş edib.Rayon Təhsil Şöbəsi və Azad Həmkarlar İttifaqı tərəfindən  fərqlənən müəllimlər Fəxri fərmanla təltif edilib.Fəxri Fərmanları müəllimlərə RİH-in başçısı Alı Alıyev təqdim edib.Tədbirdə Allahyar Əliyev adına Böyük Bəhmənli 2 N-li kənd tam orta məktəbin və musiqi təmayüllü gimnaziyanın şagirdləri öz çıxışları və rəqsləri ilə müəllimləri təbrik edib.Bayramınız mübarək əziz müəllimlər!

 


Açar sözlər: ,