09.09.2019

Tələbə adını qazanmış məzunlarla görüş

      Füzuli rayon İcra hakimiyyəti və rayon Təhsil Şöbəsinin təşəbbüsü ilə 2018-2019-cu dərs ilinin tələbə adını qazanmış məzunları ilə görüş keçirilib.

      Məlumat üçün bildiririk ki, bu il rayonun ümumtəhsil məktəblərinnin məzunlarından 454 nəfər ali məktəblərə, 156 nəfər isə kolleclərə qəbul olunub. 

    Bu ilki məzunlarımızdan – Əhmədalılar kənd tam orta məktəbin məzunu Quliyev Əliyar Yaqub oğlu Qızıl medal, 33N-li məktəbin məzunu Quliyev Tural Orxan oğlu Gümüş medalla orta məktəbi bitirib.          

          Tələbə adını 684 balla qazanmış, 54N-li tam orta məktəbin məzunu Səfərzadə Qızbəs Tanrıverdi qızı Tibb Universitetinin Müalicə işi fakultəsinə qəbul olunmaqla yanaşı Prezident təqaüdünə layiq görülüb. Onuda qeyd etmək lazımdır ki,  bu ilki məzunlarımızın 65 nəfəri 500-700 arası bal toplayıblar.

            Məzunlarla görüşdə Füzuli rayon  İcra Hakimiyyətinin başçısı Alı Alıyev, RTŞ-nin müdiri Ramella Məmmədova, valideynlər və tələbələr çıxışlar edibl.

            Görüşün sonunda tələbə adını qazanmış məzunlara qiymətli hədiyyələr təqdim olunub.


Açar sözlər: ,