06.09.2019

Təhsil işçilərinin ənənəvi konfransı

     04 sentyabr 2019-cu il tarixdə Beyləqan şəhərində Beyləqan, Füzuli, Xocavənd rayon təhsil işçilərinin ənənəvi sentyabr Konfransı keçirilib. Təhsil Nazirliyinin göstərişi ilə yeni formatda keçirilən bu konfransda Təhsil Nazirliyinin məsul işçisi Əhliyyət Adıgözəlov iştirak edib.

Çox maraqlı və işgüzar  şəraitdə keçən konfransda 2018-2019-cu dərs ilinin yekunları  müzakirə və təhlil olunub.  2019-2020-ci dərs ilində həyata keçiriləcək prioritet məsələlərin şərhi və istiqaməti göstərilib.

Füzuli RTŞ-nin müdiri Ramella Məmmədovanın hazırladığı məruzə geniş slaydlarla əhatəli olunduğundan konfrans iştirakçılarının böyük marağına səbəb olub.

 


Açar sözlər: ,