24.05.2019

M.Səfərov adına Horadiz şəhər 1 N-li tam orta məktəbində keçirilən tədbirlər

     M.Səfərov adına Horadiz şəhər 1 N-li tam orta məktəbində ümumitəhsil məktəbləri qarşısında  qoyulmuş vəzifələrin  yerinə yetirilməsi  istiqamətində  ardıcıl iş aparılır,dövrün çağrışlarına cavcab verə  biləcək  vətəndaş formalaşdırılmasına xüsusi diqqət  yetirilir.

     Şagirdlərin  Azərbaycançılıq  məfkurəsi əsasında  tərbiyəsi,onlarda  milli-mənəvi dəyərlərimizə ,tarixi keçmişimizə hörmət hissinin formalaşdırılması,  vətənpərvərlik hisslərinin daha dərindən aşılanması,intellektual və fiziki inkişafının təmin edilməsi,şagirdlərdə müsbət insani keyfiyyətlərin  və bacarıqların  formalaşdırılmasında  Ümummilli Lider Heydər Əliyev irsindən geniş istifadə olunması  kollektivin fəaliyyətində əsas  yer tutub.

Aprelin 30-da keçirilmiş "Füzuli-doğma diyar" mövzusunda şagird elmi konfransı "Kiçik Akademiya"nın 2018-2019-cu dərs ilində fəaliyyətinin nəticələrinə həsr olunub. Bu dərs ilində qarşıya qoyulmuş vəzifələrin  icrasına daha  tam nail olmaq üçün “Kiçik Akademiya”yanın fəaliyyəti bütövlükdə  diyarşünaslıq üzrə mövzuların araşdırılmasına,konkret olaraq Füzuli rayonunun tarixi,florası,faunası,  faydalı qazıntıları, mədəni- tarixi abidələri,yaradıcı şəxsiyyətləri haqqında  mövzuların araşdırılmasına  yönəldilmiş və bu araşdırmalar “Füzuli-doğma diyar” mövzusunda şagird elmi konfransı ilə yekunlaşdırılıb.

     07.05.2019-cu il tarixdə   şagirdlər arasında  bədən tərbiyəsi və idmanın kütləviləşdirilməsi,sağlam həyat  tərzinin təşviqi , məktəbdə fiziki tərbiyə fənninin tədrisinin təkmilləşdirilməsi məqsədilə  məktəbdə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü  münasibətilə  “Gələcək çempionlar sıramızdadır” adlı  idman bayramı keçirilib.

  Məktəbdə Ulu  Öndər  Heydər  Əliyevin anadan  olmasının 96-cı ildönümünə həsr edilmiş  şagirdlərin  əl işindən ibarət   sərgi təşkil edilib,  10.05.2019-cu il tarixdə  ”Sən  elə bir  zirvəsən” adlı  geniş ümumməktəb   tədbiri  keçirilib.

    17 may 2019-cu il tarixdə RTŞ-nın  təşəbbüsü  ilə  məktəbdə “Coğrafiya   gecə” si keçirilib. Gecədə  məktəbin  VI-XI sinif  şagirdləri  maraqlı proqramla çıxış ediblər.Tədbirdə  çıxış  edən RTŞ  müdiri  R.Məmmədova tədbirin təşkilatçılarına  minnətdarlıq etmiş,şagirdlərin  hazırlığının yüksək səviyyədə olduğunu  qeyd etmiş, məktəblərdə  bu cür tədbirlərin  şagirdlıərin dünyagörüşünün genişlənməsinə, intellektinin yüksəldilməsində, bilik  səviyyəsinin  yüksəldilməsinə   və   vətənpərvərlik hissinin  güclənməsinə müsbət təsirindən danışıb.


Açar sözlər: ,  ,  ,  ,