25.04.2019

Əhmədbəyli kənd tam orta məktəbində hərbi-hazırlıq dərsi

     General M.Əsədov adına Əhmədbəyli kənd tam orta məktəbində X-XI sinif şagirdlərinin ,,Vətənin qəhrəman oğulları”mövzusunda şagird təqdimatları keçirilib.

     Azərbaycan Respublikası Təhsil Nazirliyinin  15 yanvar 2019-cu il tarixli  F-18 nömrəli  əmri  ilə  təsdiq  olunmuş “Müasir dövrdə  ümumtəhsil  məktəb  şagirdlərinin tərbiyəolunma  sisteminin  daha da təkmilləşdirilməsi ilə  bağlı tədbirlər haqqında”  Füzuli rayon general M.Əsədov  adına Əhmədbəyli  kənd tam orta  məktəbinin Fəaliyyət Planına uyğun olaraq  11 aprel 2019-cu il  tarixdə  məktəbin X və XI siniflərinin iştirakı ilə şagirdlərin hərbi  vətənpərvərlik  tərbiyəsinin  gücləndirilməsi  məqsədi  ilə “Vətənin  qəhrəman oğulları”  mövzusunda  şagird  təqdimatları təşkil  olunub.


Açar sözlər: ,