24.04.2019

Qələbəyə doğru

   Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə 23 aprel tarixində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində “Qələbəyə doğru” kuboku uğrunda keçirilən intellektual oyunda 8 rayonu təmsil edən komandaların yarışı keçirilib. Yarışda Füzuli rayonunu təmsil edən komanda (27 N-li, 33 N-li və 59 N-li tam orta məktəblərin şagirdləri) I yerə layiq görülüb. Füzuli rayon komandası “Qələbəyə doğru” kubokuna sahib olub. Füzuli rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Alıyev komanda üzvlərini qəbul edib. Qazandıqları uğur münasibətilə şagirdləri təbrik edib.

   Oyunun keçirilməsi qəsəbə və kəndlərdə yaşayan  uşaqların  sosial inteqrasiyasını gücləndirmək, istedadlarının aşkar edilməsi və stimullaşdırılması məqsədini daşıyıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva  və Komitənin digər əməkdaşları da bu  tədbirdə iştirak edib.

   Qaliblər qiymətli hədiyyələrlə mükafatlandırılıb.


Açar sözlər: ,