27.03.2019

Rayonumuzun məktəbliləri“Ölkəmizi tanıyaq”tur-aksiyasını başa vurub

     23 Mart 2019-cu il tarixdə Respublikamızın şəhər və rayonlarının IX-XI sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində Gəncə-Şəmkir-Göygöl-Tovuz-Ağstafa-Qazax marşrutu üzrə ekskursiyaya çıxan Füzuli rayon məktəblilərini   Rayon icra Hakimiyyətinin başçısı Alı Alıyev cənabları və RTŞ-nin müdiri Ramella xanım Məmmədova yola salıb.Öncə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulub. Sonra isə konsert proqramı ilə gimnaziyanın rəqs qrupu çıxışlar edib. Marşurut üzrə yolasalma mərasimi təmtəraqlı keçirilib. Ötən dörd gün ərzində “Ölkəmizi Tanıyaq” layihəsi çərçivəsində yuxarıda adları çəkilən şəhər və rayonların Heydər Əliyev Mərkəzləri və tarixi abidələri ilə tanış olan, turizm obyektlərinə, istehsal müəssisələrinə ekskursiya edən məktəblilər arasında “Nə? Harada? Nə zaman?” adlı intellektual oyun keçirilib.Oyun 25 martda Şəmkir şəhər Gənclər və İdman Mərkəzində baş tutub.18 komanda arasında keçirilən İntelektual oyunun qalibləri,I,III yerlərə rayonumuzun məktəbliləri,II yerə isə İmişli məktəbliləri layiq görülüb.

    Məktəblilər gəzintidən xoş təsüratlarla qayıdıb və hər biri prezidentimiz cənab İlham Əliyevə,birinci vitse prezidentimiz Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini bildirib.


Açar sözlər: ,  ,