19.03.2019

Hər gəlişi insanlara xoş ovqat, sağlam əhvali-ruhiyyə bəxş edən Novruz Bayramı, Bahar Bayramı

      Bayramlar içində bir bayram var: ən əziz, ən doğma, ən sevimli bir bayram - Novruz bayramı!
       Novruz «təzə il» deməkdir, baharın ilk günüdür. Bütün müsəlmanların həyatında əsl yeni ilə həmin gündən başlanır. Novruzun gəlişi ilə evlərə, ailələrə yeni büsat, şadlıq və sevinc gətirir. Hamı çalışır ki, bu bayramı yüksək təntənə ilə, ürək sevinci ilə, qəlb fərəhi ilə qarşılasın. Hər evdə, hər ailədə Novruz bayramına əvvəlcədən hazırlıq gedir. Analar, bacılar şəkərbura, paxlava, şorqoğal və başqa nemətlər bişirir, bolluq və bərəkət rəmzi olan səməni qoyurlar.

     Rayonumuzun ümumtəhsil məktəblərində bayram əhval-ruhiyyəsi yaşanır.Bu məktəblərdən 30 N-li,Qayıdış qəsəbə 6,7N-li Əhmədbəyli kənd  tam orta, 37 N-li ümumi orta məktəb və digərlərində təntənə ilə qeyd edilib.Bahar qızın rəqsi keçəl və kosanın maraqlı çıxışlarışagirdləri əyləndirib.

    Tezliklə bu bayram tonqalları işğal altında olan torpaqlarımızda yandırılacaq.Bayramınız mübarək!


Açar sözlər: ,  ,  ,