12.03.2019

İnsanlığın təntənəsi

 

    Ədəbiyyata, incəsənətə ölkəmizdə verilən  qiymət  hamımıza məlumdur. “Kitabi-Dədəqorqud”un  1300 illik yebleyinin  təntənə ilə  qeyd olunması, Muğamın Dünya Mənəvi    İrs siyahısına salınması,  M.Cəlalın  anadan olmasının  100 illiyinin UNESCO xətti ilə keçirilməsi  buna nümunədir.

   Bu günlərdə  Azərbaycan zaiyalılarını qürurlandıran daha bir sərəncam verildi. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə 2019-cu il Nəsimi ili elan olundu. Bu sərəncam təkcə ədəbiyyatımıza deyil eyni zamanda  insanlığa, kamilliyə verilən qiymətdir. Sərəncamla əlaqədər Füzuli rayon general M.Əsədov adına Əhmədbəyli kənd tam orta məktəbin tədbirlər planı tutulmuş, il ərzində İmadəddin Nəsimiyə həsr olunan bədii gecələr, inşa və rəsm müsabiqələri, seminarlar  nəzərdə  tutulub.

  650 il bundan əvvəl yaşasa da Nəsimi sanki bu gün də insanlığa qənim kəsilən canilərə “dur” deyir. Onun ən böyük isdəyi yer ücündə  insan qanının tökülməməsi idi. Ömrü boyu Nəsimi bu yolda mübarizə aparıb və bu fikir əsərlərində öz əksini tapıb.

                                                                                                 Dəryayi-mühit  cuşə  gəldi

Kovnilə məkan xüruşə gəldi    

Sirri-əvəz oldu aşikarə

Arif necə  eyləsin  müdara?

 


Açar sözlər: ,  ,