27.02.2019

Rayonun 5 N-li tam orta məktəbində"27 il Xocalısız "mövzusunda tədbir keçirilib

    Rayonun 5 N-li tam orta məktəbində Xocalı soyqırımının 27-cı ildönümü ilə əlaqədar məktəbimizdə keçiriliən silsilə tədbirlər çərçivəsində fevralın 26-da İbtidai sinif müellimlerinin təşkilatçılığı və 2 ve 3 "b"sinif şagirdlərinin iştirakı ilə "27 il Xocalısız" mövzusunda tədbir keçirilib. Məqsəd ölkəmizin müstəqilliyi uğrunda mübarizədə canlarını qurban vermiş vətən övladlarını yad etmək, böyüməkdə olan nəslə doğma Vətənə sevgi, məhəbbət hissləri aşılamaq, məktəblilər arasında milli vətənpərvərlik ruhunu yüksəltmək və Xocalı soyqırımı haqqında həqiqətləri çatdırmaqdır. Məktəb rəhbərliyi, müəllimlər öz çıxışlarında Xocalı soyqırımının insanlığa qarşı törədilmiş ən böyük cinayət olduğunu bildiriblər. Şagirdlərin ifasında Xocalı soyqırımına həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdirilib, vətənpərvərlik mövzusunda şeirlər, mahnılar səsləndirilib.

 


Açar sözlər: ,  ,