22.02.2019

21  fevral  Beynəlxalq  Ana Dili  Günü-dür

       Bildiyimiz  kimi 1999-cu ildə UNESKO-nun xətti ilə 21 fevral  Beynəlxalq  Ana Dili  Günü elan olunub.Azərbaycan  Respublikasında isə 2000-ci  ildən başlayaraq 21 fevral  Beynəlxalq  Ana  Dili Günü kimi  qeyd olunub.Füzuli rayonunun ümumtəhsil məktəblərində “Ana Dili” günü qeyd olunub.Bu məktəblərin sırasında olan 48№-li  tam orta  məktəb  də  ənənəsinə sadiq olaraq Beynəlxalq Ana Dili Gününə həsr olunmuş tədbir keçirib.Tədbirdə  şagirdlər ana dilinin  müqəddəsliyindən danışıblar.Ana  dilimiz,milli kökümüz, milli mənəviyyatımız, milli əxlaqımızdır.Bu  dil o dildir ki, Füzuli eşqi, Nəsimi  dözümü, Vurğun şirinliyi,Üzeyir dünyası bu dildə zaman-zaman  canımıza, qanımıza hopmuş…                             

    Tədbirdə  şagirdlər  B.Vahabzadənin, X.R.Ulutürkün  və  başqa şairlərin  ana  dili  haqqında  şeirlərini  söyləyiblər.1-ci siniflərin  durğu işarələrini  təsvir  edən şeirləri  ilə  çıxışları da  çox  maraqlı  olub. Ulu öndər Heydər Əliyevin ana dili haqqında söylədiyi fikirlər slayd səkildə göstərilib.  Dil  haqqında  müdriklərin  kəlamlarını  6-cı  sinif  şagirdlərinin çıxışlarında  dinlənilib.Sagirdlər əsgər rolunu istrak edərək ana dilimizin bizim ücün cox müqəddəs oldugunu qeyd etdiblər.Azərbaycan  dili  dünya  dilləri  içərisində  öz  gözəlliyi, öz  avazı  ilə  seçilən  uzaq  tariximizi  bu gün  də  yaşatmağa   kömək  edən  bir  dildir. Dilimiz  bizim  milli  sərvətimizdir. Hər  şey  ana  dilindən  başlayır  və  o ana  südü  qədər  müqəddəsdir.   Xalqın  hər  bir  nümayəndəsi  öz  dilinin  təmizliyi  uğrunda  mübarizə  aparmağa, dili  yad  ünsürlərdən  qorumağa  borcludur. Biz  başqa  dillərə  ehtiramla  yanaşmaqla  ana  dilimizə  xüsusi  diqqət  yetirməli  və  onu  yaşatmalıyıq. Dilimiz  varsa, biz  də  varıq. Ana  dili  bizim  varlığımız, vüqarımız, fəxr  dünyamızdır.                                                                                 

                        Döğma  dilim, sən ki  varsan  dünyada,                                                                 

                    “Mən  də  varam”  söyləməyə  haqlıyam.                                                                

                     Anam, Ana dilim,  Ana  vətənim,                                                                                

                     Mən  bütün  qəlbimlə  sizə  bağlıyam.


Açar sözlər: ,  ,  ,