14.02.2019

59N-li tam orta məktəbdə dahi şairimiz N.Gəncəvinin yaradıcılıq gecəsi keçirilib

       Bu gün 59N-li tam orta məktəbdə dahi şairimiz N.Gəncəvinin yaradıcılıq gecəsi keçirildi.59N-li tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Təranə Mehrəliyeva ilk olaraq şagirdlərinin bu əvəzsiz sənətkara hörmətini, sevgisini nəzərə alıb. Eyni zamanda Nizaminin “Xosrov və Şirin” əsərində işlətdiyi “Ərmən” sözü ilə bağlı ermənilərin uydurma cəfəngiyyat fikirlərinə tutarlı cavab vermək məqsədi ilə bu gecənin keçirilməsini zəruri bilib. N.Gəncəvi xalqımızın qəlbində əbədi yuva qurmuş bir sənətkardır. O, bizim dünənimiz, bu günümüz və sabahımızdır. Azərbaycan xalqı var olduqca Nizami də bu xalqın qəlbində əbədi yaşayacaq, qəlb dünyamızı, mənəviyyatımızı nura qərq edəcək.

 


Açar sözlər: ,  ,  ,