13.02.2019

FHN-in Qarabağ Regional Mərkəzi maarifləndirmə tədbiri keçirib

      Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi 12 fevral 2019-cu il tarixində Füzuli rayonu Fin şəhərciyində yerləşən 59 nömrəli tam orta məktəbdə “Fövqəladə hallarla bağlı davranış və yanğın təhlükəsizliyi qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirib. Tədbir şagirdlərə baş verə biləcək fövqəladə hadisələr zamanı davranış qaydalarına dair biliklərin aşılanması məqsədilə keçirilib.

Çıxışlarda “Zəlzələ”, “Dəm qazı”, “Məişətdə yanğın zamanı davranış qaydaları”, “112” qaynar xəttinə müraciət qaydaları”, “Odsöndürən balonlardan istifadə qaydaları” mövzularında çıxışlar edilib, videoçarxlar nümayiş olunub.

    Tədbirin sonunda kollektivi maraqlandıran suallar cavablandırılıb və maairfləndirici materiallar paylanılıb.Tədbirdə FHN-nin yerli qurumlarının və rayon Təhsil Şöbəsinin nümayəndələri iştirak edib.


Açar sözlər: ,  ,  ,