08.02.2019

Rayonumuzun ümumitəhsil məktəblərində milli qəhrəman Mübariz İbrahimovun doğum günü qeyd olunub

      Bu gün Füzuli rayon ümunitəhsil məktəblərində Milli qəhrəman Mübariz İbrahimovun ad günü ilə bağlı tədbirlər keçirilib.Qayıdış qəsəbə 7 N-li, 26,33,34 N-li və digər məktəblərdə yüksək səviyyədə qeyd olunub.Qayıdış qəsəbə 7 nömrəli tam orta məktəbdə tədbir dövlət himni ilə açıq elan edilib, məktəbin direktoru Zahid Məmmədov M.İbrahimovun Azərbaycan xalqının şanlı qəhrəmanlıq tarixində tutduğu mövqedən,ölkə prezidenti cənab İlham Əliyevin M.İbrahimov haqqında fikirlərini , torpaqlarımızın azadlığı uğrunda canını qurban verən şəhidlərimizə  ölkə səviyyəsində  verilən dəyərdən və bu sahədə Şəhid ailələrinə göstərilən diqqət və qayğısından danışıb.

  Tədbiri məktəbin tarix müəllimi Vüqar Heydərov  Mübariz İbrahimovun həyatı , keçirdiyi döyüş yolundan, qəhrəmanlığıdan bəhs edərək davam edib.O,qeyd edib ki,Qəhrəmanlar yurdu olan Azərbaycan xalqı tarixən öz torpaqları uğrunda hər zaman canından keçməyə hazır olub,Tarixdə baş verən erməni faşistlərinin xalqımızın başına gətirdiyi faciələrdən, soyqırmlardan bəhs edib.Həmçinin Füzuli rayonun işğalı zamanı Füzuli oğullarının mərdliyindən,torpaqlarımız uğrunda son damla qanlarına kimi vuruşduqlarını tədbir iştirakçılarının diqqətinə çatdırıb".

   O cümlədən 26 N-li tam orta məktəbin direktoru Cəmalə Məmmədova Mübariz İbrahimovun qəhrəmanlığı haqqında öz ürək sözlərini və fikirlərini bildirib.Tədbirin sonunda hər iki məktəbdə şagirdlər tərəfindən kompazisiyalar hazırlanmış,qəhrəmanlıq haqqında şeirlər söylənib.

 


Açar sözlər: ,  ,