17.01.2019

Füzuli rayonunun ümumi təhsil müəssisələrində qiymətləndirmə ilə bağlı seminar keçirilib  

    “Ümumi təhsil pilləsində təhsil alanların attestasiyanın (yekun qiymətləndirmə (attestasiya) istisna olmaqla) aparılması qaydasına uyğun olaraq”  Füzuli rayonunun ümumi təhsil  müəssisələrinin direktorları, direktor müavinləri və qabaqcıl müəllimlərlə  görüşlər keçirilib.

      Füzuli rayonunun ümumi təhsil müəssisələri məlum səbəblərdən  respublikanın müxtəlif rayonlarında fəaliyyət göstərir.

Ona görə də  15 yanvar 2019-cu il tarixdə  Bakı və Sumqayıt şəhərlərində, 16 yanvar 2019-cu il tarixində isə rayon ərazisində fəaliyyət göstərən  məktəb rəhbərləri, müavinləri və qabaqcıl  müəllimləri ilə “Ümumi təhsil pilləsində təhsil alanların attestasiyanın (yekun qiymətləndirmə (attestasiya) istisna olmaqla) aparılması qaydasına uyğun olaraq”    görüşlər təşkil edilib.

 


Açar sözlər: ,