06.11.2018

 Füzuli rayonunun Horadiz şəhərində Dövlət Bayrağı Günü  ilə bağlı “Bayraq yürüşü” keçirilib.

    Təhsil və Müdafiə  nazirliklərinin Füzuli rayonunun Horadiz şəhərində Dövlət Bayrağı Günü  ilə bağlı “Bayraq yürüşü” keçirilib. Yürüşdə 2000  nəfərə yaxın  təhsil və Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin əsgərləri və Qarabağ Qaziləri iştirak edib.Fəxri qonaq qismində Təhsil Nazirliyinin müavini Firudun Qurbanov, Füzuli RİH-nin başçısı  Alı Alıyev, Müdafiə Nazirliyinin əməkdaşları, və KİV nümayəndələri iştirak ediblər. Yürüşdən əvvəl  Füzuli rayonu Horadiz şəhərində Heydər Əliyev Mərkəzindəki Ulu öndərin abidəsi önünə  gül dəstələri qoyulub. Yürüş Heydər Əliyev Mərkəzinin qarşısından start götürərək, möhtəşəm Bayraq Meydanında sona çatıb.

     Bu “Bayraq Yürüşü”  sübut  etdi ki, Azərbaycanın  üç rəngli  bayrağı etibarlı əllərdədir. Biz füzulilər əminik ki, bugün Horadiz şəhərində dalğalanan  üç rəngli  bayrağımız hörmətli prezidentimiz İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində yaxın zamanda Füzuli rayonunun mərkəzində dalğalanacaqdır.


Açar sözlər: