14.06.2018

Füzuli rayon ümumtəhsil məktəblərində son zəng tədbirləri qeyd edilib                                                  

      Bu gün 2018 –ci il 14 iyun  tarixində  Füzuli rayon Qayıdış qəsəbə 1№-li tam orta məktəbin XI sinif şagirdlərinin  son zəng tədbiri keçirilib. Tədbir məktəb rəhbərliyinin uşaq birliyinin və sinif rəhbərinin təşkilatçılığı ilə yüksək səviyyədə qeyd olunub.

     Tədbirdə qəbul imtahanının  I mərhələsində yüksək bal toplayan  Hacızadə Leylanın, Ağazadə Ağanın , Cəfərli Şamilin,Rzaquliyeva Dilbərin,Məmmədli Leylanın adları vurğulandı və onlara növbəti imtahanda daha yüksək nəticə toplamaq arzulandı.

Tədbirdə məktəbin direktoru Qəşəng Əliyeva,Dərs hissə müdri Kazımova Ayşən,sinif rəhbəri Quliyeva Arzu,ibtidai sinif müəllimi  Quliyeva  Xuraman  məzunlara  öz ürək  sözlərini və təbriklərini  çatdırdılar.Tədbirdə rayon Təhsil Şöbəsinin metodisti Elman müəllim rəhbərliyin təbriklərni Məzunlara çatdırıb.


Açar sözlər: