13.06.2018

Milli Qurtuluş günü 

      Araz Dilağarda kənd tam orta məktəbində Milli Qurtuluş gününə həsr edilmiş tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Amil Mirzəliyev Ulu Öndər Heydər Əliyevin  həyatı və siyasi fəaliyyəti haqqında  geniş məlumat verib.O,qeyd edib ki, 1993-cü ilin 15 iyununa qədər Azərbaycanda qaraguruhun  ölkəni idarəedilməz vəziyyətə gətirməsi xaosa, vətəndaş müharibəsi  və nəticə etibarilə müstəqilliyin itirilməsinə gətirib çıxarmışdı. Ölkə parçalanma  və işğalla üz-üzə idi. Ölkədə siyasi anarxiya, hərc-mərclik hökm sürürdü. Belə bir vəziyyətdə xalqımızın xahişi  və bir qrup ziyalıların xahişi əsasında Naxçıvandan Bakıya gələn ümumilli lider dalana dirənmiş ölkəni  ayaq üstə qaldırdı, qorudu, müdafiə etdi və millətin imzasını imzalar içində yerləşdirdi.  Bu gün onun sədaqətli və layiqli davamçısı cənab prezidentimiz İlham Əliyev tərəfindən bu siyasət uğurla davam etdirilir.

        Daha sonra Milli Qurtuluş gününə həsr edilmiş tədbir məktəbin 10-cu sinif  şagirdlərinin iki komandadan ibarət bilik yarışması ilə davam edib. Yarışma viktorina şəklində 3 turdan ibarət olmaqla təşkil  edilib. Əlavə suallarla qalib gələn 10-cu sinfin ikinci komandası suallara daha düzgün cavab verərək qalib kimi mükafatlandırılıb.

 


Açar sözlər: