25.05.2018

 Füzuli rayonu 16 nömrəli ümumi orta məktəbində “AXC-nin 100 illik yubileyi”nə həsr olunmuş tədbir keçirilib

 

         Füzuli rayonu, 16 nömrəli ümumi orta məktəbində “AXC-nin 100 illik yubileyi”nə həsr olunmuş tədbir keçirilib. Tədbirdə məktəbin direktoru Məmmədov Məhyəddin çıxış edərək bildirib ki,AXC-nin yaranması Azərbaycan tarixinin ən parlaq səhifələrindən biridir. Gənc nəslin vətənpərvərlik ruhunda böyüməsində istiqlal tariximizin çox böyük rolu vardır. Buna görə də istiqlal tariximizi öyrənmək və təbliğ etmək hər bir Azərbaycan vətəndaşının mənəvi borcudur.

     Məktəbin tarix müəllimi Şükürova Mehriban çıxış edərək: AXC-nin yaranması, keçdiyi inkişaf yolu, siyasi fəaliyyəti, sosial-iqtisadi və mədəni tədbirləri, həmçinin xarici siyasəti barədə geniş məlumat verib. AXC-nin quruculari olan M.Ə.Rəsulzadə, Fətəli Xan Xoyski, Nəsib bəy Yusifbəyli, Əlimərdan bəy Topçubaşov və başqalarının Azərbaycan tarixi üçün çox böyük rola malik olduğunu bildirib. O, həmçinin Azərbaycan Xalq Cümhuriyyətinə ən böyük qiymət verən şəxsin Ulu öndər Heydər Əliyev olduğunu, onun bu tarixi hadisəyə yüksək qiymət verərək bugünkü müstəqil Azərbaycan Respublikasını AXC-nin varisi adlandırdığını söyləyib.

 

      Tədbirdə şagirdlər: Milli Şuranın sədr müavini Həsən bəy Ağayev, Fətəli Xan Xoyski və digərlərinin obrazıını yaratmış, böyük türk sərkərdəsi Nuru Paşa və digər əsgər rollarında çıxış edərək Bakının düşmənlərdən azad olunmasında qəhrəmanlıqlar göstərmiş insanlar haqqında şeirlər səsləndiriblər.Tədbirdə həmçinin M.Ə.Rəsulzadə, Ə.Topçubaşov və digərlərinin iştirakını əks etdirən əks etdirən səhnəcikdə parlament iclasını təsvir ediblər.Şagirdlər öz çıxışları ilə vətənpərvərlik hisslərini aşılamaq üçün Səməd Vurğunun “Azərbayan”, Abbas Səhətin “Vətən”, Bəxtiyar Vahabzadənin “Bayraq”, Məmməd Arazın “Azərbaycan” şeirlərini söyləyərək, “Can Azərbaycan” mahnısını ifa ediblər. Sonda Məmməd Əmin Rəsulzadənin azadlıq radiosundan çıxışı və Heydər Əliyevin nitqi verilərək, türk dünyasının üç böyük şəxsiyyəti M.Ə.Rəsulzadə, M.K.Atatürk və Heydər Əliyevdən sitatlar gətirilib.