06.09.2017

Füzuli rayonunda tələbə adını qazanmış  Məzunlarla görüş

             Bu gün Füzuli rayonunda ali və orta ixtisas təhsil ocaqlarına qəbul olunan  tələbə adını qaznmış Məzunlarla  görüş keçirildi. Tədbiri rayon İcra Hakimiyyəti ilə birgə Təhsil Şöbəsi təşkil etmişdir. Sonra rayon İcra Hakimiyyətinin Başçısı Alı Alıyev cənabları  tələbə adını qazanmış Məzunlara hədiyyələr təqdim etdi. 

         

   2016-2017 dərs ilinin Füzuli rayon ümumtəhsil məktəblərinin  məzunlarının ali və orta ixtiasas məktəblərinə qəbulunda alınan nəticə ötən ilki və ondan əvvəlki illərlə müqayisədə çox ciddi artım müşahidə olunmuşdur. Bu dinamik temp onu göstərir ki, Füzuli təhsili uğurlarını ilbəil artırmaqdadır. Belə ki, 2014-2015 tədris ilində ali və orta ixtiasas məktəblərinə 297 nəfər, 2015-2016 tədris ilində ali və orta ixtisas məktəblərinə 418 nəfər (102 nəfər orta ixtisasa qəbul olunub) 2016-2017 tədris ilinin məzunlarından isə 495 nəfər ali və orta ixtisas məktəblərinə qəbul olunmuşdur (375 nəfər ali məktəblərə,120 nəfəri orta ixtisas məktəbələrinə qəbul olunmuşdur).
Sevindirici haldır ki, builki tələbə adını qazanan məzunlarımızdan 4 nəfəri C.Naxçıvaniski adına hərbi liseyə, 4 nəfəri Dövlət Sərhəd Xidməti Akademiyasına, 1 nəfər Heydər Əliyev adına Dövlət Təhlükəsizlik Xidməti Akademiyasına, 2 nəfər isə Polis Akademiyasına qəbul olunmuşdur.


Açar sözlər: